Uğur hekayəni yarat

Mükafat fondu: 60000 ₼

Birbank Biznes-in dəstəyi ilə Azərbaycanda She’s Next Empowered by Visa təşəbbüsünün üçüncü dalğasını qarşılayın!

Tədris proqramına qoşul, qalib gəl və biznesinin inkişafı üçün uduş məbləği əldə et!

Müsabiqə 2 kateqoriya üzrə keçirilir:

1. Kiçik və Orta Bizneslər

illik gəlir: 200.000
AZN-dən çox

2.Mikro Bizneslər

illik gəlir: 200 000
AZN-dən az

Hər kateqoriya üzrə uduş məbləği 

1. yer

15 000 ₼

2. yer

10 000 ₼

3. yer

  5 000 ₼

Necə iştirak etmək olar?

Məlumatları oldur və ərizəni elə indi göndər!

    Müsabiqənin mərhələləri

    Onlayn tədris

    21 may

    “She`s Next” platformasında yerləşdiriləcək 13 biznes mühazirəsinə giriş açılacaq

    13 iyunadək

    iştirakçılar həmin mühazirələrlə tanış olmalı və biliklərini yoxlamaq üçün onlayn testdən keçməlidirlər

    Növbəti mərhələyə adlamaq üçün testi keçmək zəruridir. Tədrisin sonundakı testdən yalnız bir dəfə keçmək olar.

    Mikro Biznes kateqoriyasındakı iştirakçılar üçün 30 may, 13 iyun, 20 iyun və 27 iyun tarixlərdində ADA Universitetində əlavə olaraq canlı mühazirələr keçiriləcək.

    Ərizə verilməsi və müsahibə

    13 iyunadək

    İştirakçılar müsabiqədə iştirak üçün ərizələrini təqdim etməlidirlər

    27 iyun

    Yarımfinala vəsiqə qazanmış 30 iştirakçının adı elan olunacaq

    1 iyul

    Mentorlarla canlı müsahibə baş tutacaq

    Ərizəyə nələr daxildir:
    1. müsabiqənin finalına çıxmağa layiq olduğunu əsaslandıran motivasiya məktubu;
    2. Mövcud biznesinin videotəqdimatı.
    Seçim yekunlarına əsasən 10 iştirakçı finala vəsiqə qazanacaq.

    Mentorluq sessiyaları

    2 iyul – 9 iyul

    Mentorlarla fərdi onlayn sessiyalar baş tutacaq

    9 iyul

    Təqdimat bacarıqları üzrə canlı seminar, həmçinin finalçılar və mentorlar arasında qeyri-formal görüş keçiriləcək

    Mentorlar öz uğur hekayəsini yaratmış sahibkarlardır. Finalçılar onlarla birlikdə müsabiqə layihələri üzərində işləmək imkanı qazanacaqlar

    Layihələrin təqdimatı

    11 iyul

    Finalçılar öz müsabiqə layihələrini canlı olaraq yerindəcə təqdim edəcəklər

    Layihələri peşəkar münsiflər heyəti qiymətləndirəcək.

    Final Bakıda keçiriləcək və finalçıların şəxsən iştirakı mütləqdir

    Müsabiqənin tam qayda və şərtləri ilə tanış olun

    Biznes tədrisi üzrə mühazirələrin mövzuları

    Bazarın analizi: bazarın, müştərilərin və rəqiblərin təhlili

    Məhsulun qablaşdırılması və satışların idarə edilməsi

    Biznes inkişafı strategiyası

    Biznesin təsisi və fəaliyyətinin hüquqi aspektləri

    Mühasibatlıq və maliyyə idarəetməsi

    İnsan resurslarının idarə edilməsi

    She’s Next rəqəmsal platformasının imkanları ilə indi tanış olun!

    Sosial şəbəkə kimi fəaliyyət göstərən bu platforma Azərbaycandan, eləcə də bütün Şərqi və Cənub-şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionundan olan qadın sahibkarları bir araya gətirir və onlara şəbəkələşmə, təcrübə mübadiləsi və beynəlxalq səviyyədə bizneslərinin genişlənməsi üçün müxtəlif alətlər təklif edir.

    She’s Next Empowered by Visa təşəbbüsü Birbank Biznes-in dəstəyi ilə həyata keçirilir

    “Uğur hekayəni yarat” proqramının iştirakçıları Birbank Biznes-in xüsusi təkliflərindən yararlana bilərlər

    She’s Next təşəbbüsünün üçüncü dalğası haqqında ətraflı məlumat əldə et

    Azərbaycanda “She`s Next təşəbbüsünün üçüncü dalğası ilə əlaqədar elanlar, xəbərlər və faydalı məqalələr layihənin WhatsApp qrupunda paylaşılacaq. Qoşul və layihə barədə ən son yeniliklərdən anında xəbərdar ol. Suallarını burada isə asanlıqla çat moderatoruna ünvanlaya bilərsən.  

    Tez-tez verilən suallar

    Yaşı 18-dən çox olan qadın sahibkarlar layihədə iştirak edə bilərlər. İştirakçı eyni zamanda aşağıdakı kateqoriyalardan hər hansı birinə uyğun gələn biznesə sahib olmalıdır:

    • Kiçik və Orta Bizneslər – illik gəliri 200 000 manatdan yuxarı olan biznes nəzərdə tutulur (illik gəlirə hesabat ilində görülmüş malların, işlərin və xidmətlərin dəyəri, habelə qeyri-əməliyyat gəlirləri daxildir).
    • Mikro Bizneslər – illik gəliri 200 000 manatadək olan biznes nəzərdə tutulur.

    Təəssüf ki, yalnız qadın sahibkarlar mükafatlı yerlər üçün namizəd ola bilər. Əgər biznes sənin və ya həyat yoldaşının birgə mülkiyyətidirsə, sənin hissən ən azı 51% olmalıdır.

    Bəli, bunun üçün aşağıdakı şərtlər təmin edilməlidir:

    1. İştirakçının Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olmalıdır.
    2. İştirakçı müraciət zamanı və müsabiqədə iştirak dövründə faktiki olaraq Azərbaycanda olmalıdır.

    Yalnız Azərbaycan Respublikasında rəsmi qeydiyyatdan keçmiş biznesi olan qadın sahibkarlar müsabiqədə iştirak edə bilərlər. Lakin müsabiqəyə qədər Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməklə də müraciət etmək mümkündür.

    Xeyr, müsabiqədə yalnız bir bizneslə iştirak etmək olar.

    Müraciətlər 10 iyun tarixinə qədər qəbul edilir. Müraciətini nə qədər tez etsən, tədris kursuna bir o qədər tez giriş əldə edəcək və daha çox zaman qazanacaqsan.

    Saytda müraciət etdikdən sonra qeydiyyat zamanı yazdığın e-poçt ünvanına qeydiyyatın təsdiqi və təlimatlar göndəriləcək. Bundan sonra 2 iş günü ərzində layihə rəhbərləri "She's Next" platformasında şəxsi hesabını yaradacaqlar.

    E-poçt vasitəsilə hesabını aktivləşdirməyin üçün təlimatlar alacaqsan. Təlimatlar əsasında şifrəni yeniləyərək platformaya keçid edə bilərsən. Bu addımları tamamladıqdan sonra layihənin qapalı qrupuna əlavə olunacaq və “Xoş gəldin” mesajı alacaqsan.

    Təsdiq məktubu qeydiyyat z e-poçt ünvanına göndəriləcək. Əgər 2 iş günü ərzində məktub gəlməyibsə və “SPAM” qovluğunda da yoxdursa, bizimlə əlaqə saxla: shesnext@alpha-omega.az

    Xeyr, iştirak tamamilə pulsuzdur.

    Təlim və bütün kommunikasiya azərbaycan dilində aparılır. Lakin iştirakçılar həm azərbaycanca, həm də rus dilində müraciət edə və final tədbirində təqdimatlarını edə bilərlər.

    Təlim "She's Next" platformasında onlayn keçirilir. Qeydiyyatdan keçəndən sonra şəxsi hesabına və qapalı qrupa giriş əldə edəcəksən. Tədris mərhələsi 21 may tarixində başlayır. Mühazirə kursuna giriş platformadakı qrup vasitəsilə təqdim olunacaq.

    Bəli, müsabiqəyə müraciət etmək və qrant uğrunda mübarizə aparmaq istəyənlər “She’s Next” platformasında tədris kursunu tamamlamalı və öyrəndiklərini təsdiqləyən verifikasiya testindən keçməlidir.

    Bəli, yarımfinalçılar və finalçıların Bakıda 1 iyul tarixində keçiriləcək seçim mərhələsində və 11 iyul tarixində keçiriləcək final tədbirində şəxsən iştirakı tələb olunur.

    Mükafat qazanmaq üçün aşağıdakı mərhələlərdən keçmək lazımdır:

    • Layihə saytında iştirak üçün müraciət göndərmək
    • 13 mühazirədən ibarət kursu dinləmək
    • Verifikasiya testindən keçmək
    • Müsabiqə üçün motivasiya məktubu və biznesin barədə videotəqdimat göndərmək
    • Yarımfinalçı siyahısına düşmək və mentorlarla Bakıda müsahibədə iştirak etmək
    • 10 finalçı siyahısına düşmək və mentorların təlimlərində iştirak etmək
    • Final tədbirində şəxsi iştirak və layihənin təqdimatı

    Motivasiya məktubu və videotəqdimat 21 may – 13 iyun tarixləri arasında göndərilməlidir. Əgər artıq proqrama müraciət etmisənsə, təşkilatçılar e-poçt ünvanınıza Google Drive linki göndərəcəklər. Sənədlərini həmin qovluğa yükləməyin lazımdır. Motivasiya məktubu və videotəqdimata dair tələblərlə rəsmi qaydalar vasitəsilə tanış ola bilərsiniz.

    Maksimum bal toplayan 30 iştirakçı (15 nəfər “Kiçik və Orta Bizneslər” və 15 nəfər “Mikro Bizneslər” kateqoriyası üzrə) yarımfinala keçəcək. Maksimum 100 bal aşağıdakı kimi bölünür:

    • Verifikasiya testi – 30 bal
    • Motivasiya məktubu – 35 bal
    • Videotəqdimat – 35 bal

    Yarımfinalçılar mentorlarla şəxsi müsahibəyə dəvət olunacaqlar. Mentorlar 10 finalçını (5 Kiçik və Orta Bizneslər", 5 Mikro Bizneslər") seçəcəklər.

    Suallarını məmnuniyyətlə cavablamağa hazırırq. Bunun üçün layihənin WhatsApp qrupu vasitəsilə əlaqə saxlaya bilərsən. Təşkilatçılar sənə qeydiyyat, iştirak şərtləri və texniki məsələlərdə kömək edəcəklər.

    Qayda və şərtlərlə ətraflı tanış ol

    © 2025 Visa/Birbank.Business

    Media tərəfdaşı
    Təşkilati tərəfdaş

    All rights reserved